Milli Ətraf Mühit Agentliyində bəyan edirlər ki, bu vaxta qədər aparılmış laboratoriya tədqiqatlarına əsasən, Qara dənizin suyunun keyfiyyəti Gürcüstanın sahilinin bütün perimetrində norma daxilindədir

12:48, 09.06.2025

 

Milli Ətraf Mühit Agentliyi üçün Qara dənizin suyunun keyfiyyətinə nəzarət prioritetdir. Müvafiq olaraq, agentlik monitorinqi fasiləsiz rejimdə, hər ay 12 nöqtədə həyata keçirir. Tədqiqatlar 13 ağır metalı, neftin ümumi karbohidrogenlərini, 16 poli-aromatik karbohidrogeni və digər fiziki-kimyəvi parametrin konsentrasiyası da daxil olmaqla, hidro-bioloji və kimyəvi parametrləri müəyyən edir.

Qara dənizdən götürülmüş nümunələr analiz üçün Milli Ətraf Mühit Agentliyinin yüksək dəqiqlikli analitik cihazlarla təchiz edilmiş və müasir standartlara tam cavab verən atmosfer havası, su və torpaq analizi üzrə akkreditə olunmuş laboratoriyasına göndərilir.

Milli Ətraf Mühit Agentliyinin rəhbəri Elene Ğubianuri, Acaranın kənd təsərrüfatı naziri Zaza Şavadze və nazir müavini Mirian Katamadze Qara dənizin suyundan nümunənin götürülməsinin növbəti prosesi ilə yerində tanış olublar.

“Milli Ətraf Mühit Agentliyi tərəfindən bu vaxta qədər aparılmış laboratoriya tədqiqatlarına əsasən, Qara dənizin suyunun keyfiyyəti Gürcüstanın sahilinin bütün perimetrində norma daxilindədir.
Agentlik bütün il boyu Qara dənizin suyunun keyfiyyətinə dair monitorinqi fasiləsiz rejimdə həyata keçirir. Qeyd olunmalıdır ki, Milli Ətraf Mühit Agentliyi Avropa İttifaqının Dəniz Strategiyası Çərçivə Direktivinə uyğun olaraq monitorinq sisteminin təkmilləşdirilməsi üzərində fəal şəkildə işləməyə davam edir” – Elene Ğubianuri bildirib.

Acaranın kənd təsərrüfatı naziri Zaza Şavadzenin qeyd etdiyi kimi, suyun keyfiyyəti ilə bağlı tədqiqatlar fasiləsiz rejimdə aparılır.

O bildirib ki, bütün maraqlanan şəxslərin dəniz suyunun keyfiyyəti ilə bağlı məlumatla tanış olmaq imkanı var.

Milli Ətraf Mühit Agentliyi tərəfindən aparılan laboratoriya tədqiqatının nəticələri agentliyin veb-səhifəsində dərc olunur.

Oxşar