Milli Ətraf Mühit Agentliyi Yeni il günlərində gözlənilən hava şəraiti ilə bağlı proqnoz yayır
Milli Ətraf Mühit Agentliyi Yeni il günlərində gözlənilən hava şəraiti ilə bağlı proqnoz yayır

 
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, dekabrın 31-də və yanvarın 1-də Gürcüstanda bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq, yanvarın 2-dən isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Tbilisidə hava şəraiti yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +6, +8 dərəcə qeydə alınacaq.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti) : dekabrın 31-də və yanvarın 1-də yağış yağacaq, yanvarın 2-dən isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +12, +14 dərəcə olacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) : dekabrın 31-də və yanvarın 1-də bəzi yerlərdə yağış yağacaq, yanvarın 2-dən isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi) : yanvarın 2-dək bəzi yerlərdə hava şəraitinin yağıntılı keçəcəyi, daha sonra hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +8, +10 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) : dekabrın 31-də və yanvarın 1-də bəzi yerlərdə qar yağacağı, yanvarın 2-dən isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında -1, -3 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) : dekabrın 31-də bəzi yerlərdə yağış yağacaq, yanvarın 1-3-də isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +5, +10 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro) : hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +10, +12 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri) : yanvarın 2-dək bəzi yerlərdə qar yağacaq, daha sonra isə hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında +4, +6 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) : yanvarın 2-dək bəzi yerlərdə qar yağacaq, yanvarın 2-dən isə hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz saatlarında 0, +5 dərəcə qeydə alınacaq.