Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir

 

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin məlumatına əsasən, iyunun 22-si axşam gec saatlardan iyunun 23-ü günün ikinci yarısınadək Şərqi Gürcüstanın şərq rayonlarında bəzi yerlərdə güclü qısamüddətli yağış, şimşək çaxması gözlənilir, dolu düşə bilər, vaxtaşırı qərb küləyinin güclənəcəyi gözlənilir.

“Gözlənilən yağıntı ola bilsin Şərqi Gürcüstanın kiçik çaylarında – daşqınlara, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda qeyd olunub.