Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 30-da Qərbi Gürcüstanda, sentyabrın 30-u günün ikinci yarısından oktyabrın 2-si günün birinci yarısına qədər isə Şərqi Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə güclü olacağı, şimşək çaxa, dolu düşə və küləyin güclənə biləcəyi gözlənilir.
“Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.