Milli Ətraf Mühit Agentliyi - Şərqi Gürcüstanda atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu isə səhra toz kütlələrinin zəif yayılması ilə əlaqədardır
İyulun 26-dan Şərqi Gürcüstanda atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) tərkibinin artması müşahidə olunur. Qeyd olunan proses transsərhəd xarakter daşıyır və şimal-şərqdən səhra toz kütlələrinin zəif yayılması ilə əlaqədardır – bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Onların verdiyi məlumata əsasən, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin publik hüquqi şəxs Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin fasiləsiz monitorinqini davam etdirir.
“Maraqlanan istənilən şəxs havanın keyfiyyətinin vəziyyəti haqda məlumatla tanış olmaq, eləcə də atmosfer havasının keyfiyyəti portalında “Tövsiyələr” bölməsində sağlamlıqla bağlı tövsiyələr almaq imkanına malikdir” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.