Milli Ətraf Mühit Agentliyi - Sentyabrın 21-i günün ikinci yarısınadək Qərbi Gürcüstanda yağmurlu hava şəraiti qorunub saxlanacaq, şimşək çaxa, dənizdə fırtına ola bilər
Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 21-i günün ikinci yarısınadək Qərbi Gürcüstanda yağmurlu hava şəraiti qorunub saxlanacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxa, dolu düşə, külək güclənə, eləcə də dənizdə 4-6 bala qədər fırtına ola bilər.
“Gözlənilən yağıntı ola bilsin Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (yüksək təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.