Milli Ətraf Mühit Agentliyi mayın 18-19-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi mayın 18-19-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir

 

Milli Ətraf Mühit Agentliyi mayın 18-19-da Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, mayın 18-19-da Gürcüstanda güclü qərb küləyi əsəcək. Mayın 18-i günün sonundan mayın 19-u səhərədək ölkə ərazisinin əksər hissəsində şimşəklə müşaiyət olunan yağış yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir, şərqi Gürcüstanda dolu düşə bilər.

“Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.