Milli Ətraf Mühit Agentliyi iyunun 16-17-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin məlumatına əsasən, iyunun 16-17-də Qərbi Gürcüstanın bəzi rayonlarında güclü yağış və şimşək çaxması, Şərqi Gürcüstanın ayrı-ayrı rayonlarında isə dolu düşməsi ehtimalı var. Güclü qərb küləyi əsəcək.
“Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda – daşqınlara, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.