Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edir

15:26, 21.06.2022

Milli Ətraf Mühit Agentliyi hava şəraitinin pisləşməsi ilə bağlı əhaliyə xəbərdarlıq edir.

“İyunun 21-dən iyunun 23-ü gündüzədək Gürcüstanda yağış və tufan gözlənilir, arabir güclü (Gürcüstanın qərbində bəzən çox güclü), dolu, güclü külək, dənizdə 3-4 bal gücündə tufan gözlənilir.

Gözlənilən leysan yağışlar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə daşqınların və sürüşmələrin yaranmasına səbəb ola bilər”, – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar