Milli Ətraf Mühit Agentliyi - Gürcüstanda bu vaxta qədər atmosfer havasında bərk hissəciklərin yüksək konsentrasiyası müşahidə olunur, bu isə cənubdan səhra toz kütlələrinin yayılması ilə bağlıdır
Milli Ətraf Mühit Agentliyi - Gürcüstanda bu vaxta qədər atmosfer havasında bərk hissəciklərin yüksək konsentrasiyası müşahidə olunur, bu isə cənubdan səhra toz kütlələrinin yayılması ilə bağlıdır

 

Gürcüstan ərazisində bu vaxta qədər atmosfer havasında bərk hissəciklərin (PM10 və PM2.5) yüksək konsentrasiyası müşahidə olunur, bu isə ölkədə cənubdan səhra toz kütlələrinin yayılması ilə bağlıdır – bu haqda Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda qeyd olunub.

Agentliyin məlumatına əsasən, ötən günlərlə müqayisədə atmosfer havasının transsərhəd çirklənməsi bir qədər zəifləyib.

“Proses sinoptik vəziyyətdən asılıdır. Bərk hissəciklərin göstəricilərində azalma növbəti günlərdə də davam edəcək.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin publik hüquqi şəxs Milli Ətraf Mühit Agentliyi atmosfer havasının keyfiyyətinə dair fasiləsiz monitorinq həyata keçirir.

Maraqlanan istənilən şəxs havanın keyfiyyətinin vəziyyəti haqda məlumatla tanış olmaq, eləcə də atmosfer havasının keyfiyyəti portalında www.air.gov.ge-də “Tövsiyələr” bölməsində tövsiyələr almaq imkanına malikdir.

Qeyd etmək lazımdır ki, atmosfer havasında bərk hissəciklərin (PM10 və PM2.5) konsentrasiyanın artması Gürcüstanda noyabrın 6-dan müşahidə olunur” – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.