Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində atmosfer havasında bərk toz hissəciklərinin azalması tendensiyası müşahidə olunur
Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində atmosfer havasında bərk toz hissəciklərinin azalması tendensiyası müşahidə olunur

 

Gürcüstan ərazisində atmosfer havasında bərk toz hissəciklərinin azalması tendensiyası müşahidə olunur. Bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Qurumun məlumatına əsasən, bugünkü göstəricilərlə, atmosfer havasında bərk toz hissəciklərinin azalması tendensiyası müşahidə olunub, bunu isə meteoroloji proseslər şərtləndirib.

“Dekabrın 1-də günün ikinci yarısından Qərbi Gürcüstanın əksər və Şərqi Gürcüstanın bəzi rayonlarında yağış şəklində yağıntı müşahidə olunub. Yağışla birlikdə, Gürcüstan ərazisində bəzi yerlərdə, o cümlədən paytaxtda mülayim qərb küləyi müşahidə olunub.

Qeyd edilməlidir ki, son bir neçə gün ərzində Gürcüstanın bəzi ərazilərində cənub və cənub-şərqdən səhra toz kütlələrinin yayılması atmosfer havasında bərk toz hissəciklərinin konsentrasiyasının artmasına səbəb oldu.

Səhra toz kütlələrinin yayılması Gürcüstan ərazisində il ərzində vaxtaşırı müşahidə olunur. Vəziyyətin yaxşılaşması müvafiq meteoroloji proseslərin – yağış, qar, küləyin inkişaf etməsindən asılıdır.

Milli Ətraf Mühit Agentliyi Dünya Meteorologiya Təşkilatının, Toz Proqnozlaşdırma Mərkəzlərinin və Milli Hidrometeorologiya Departamentinin göstəriciləri əsasında Gürcüstan ərazisində atmosfer havasında səhra toz kütlələrinin yayılması ilə bağlı məlumat yayır.

Atmosfer havasının keyfiyyətinin fasiləsiz monitorinqini Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə aparır” – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.