Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu isə əsasən transsərhəd çirklənmə ilə əlaqədardır
Milli Ətraf Mühit Agentliyi - Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin artması müşahidə olunur, bu isə əsasən transsərhəd çirklənmə ilə əlaqədardır

 

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, iyulun 11-dən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) tərkibinin artması müşahidə olunur, bu isə əsasən transsərhəd çirklənmə və cənub və cənub-şərqdən səhra toz kütlələrinin az miqdarda yayılması ilə əlaqədardır.

Onların verdiyi məlumata əsasən, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin fasiləsiz monitorinqini davam etdirir.

Milli Ətraf Mühit Agentliyində bəyan etdikləri kimi, maraqlanan istənilən şəxs havanın keyfiyyətinin vəziyyəti haqda məlumatla tanış olmaq və eləcə də atmosfer havasının keyfiyyəti portalında “Tövsiyələr” bölməsində sağlamlıqla bağlı tövsiyələr almaq imkanına malikdir.