Milli Ətraf Mühit Agentliyi fevralın 11-də Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.
Sinoptiklərin proqnozuna əsasən, fevralın 11-də şərqi Gürcüstanda hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə güclü, əsasən qar şəklində olacağı, duman, çovğun, yolların buz bağlaması və yüksək dağlıq rayonlarda qar uçqunu təhlükəsi gözlənilir.
“Güclü qar, görünüş məsafəsinin pisləşməsi, çovğun, yolların buz bağlaması və qar uçqunu təhlükəsinə görə avtomobil yollarının müəyyən hissələrində ola bilsin, nəqliyyatın hərəkəti məhdudlaşdırılsın.
Gözlənilən güclü yağıntı ola bilsin təpəlik-dağlıq və dağlıq zonalarda sürüşmə proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.