Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir - İyunun 14-15-də Gürcüstanın əksər rayonlarında yağış, külək gözlənilir, havanın temperaturu xeyli aşağı düşəcək
Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir - İyunun 14-15-də Gürcüstanın əksər rayonlarında yağış, külək gözlənilir, havanın temperaturu xeyli aşağı düşəcək

 

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, iyunun 14-15-də Gürcüstanın əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə güclü olacağı və şimşək çaxacağı, şərqi Gürcüstanın ayrı-ayrı rayonlarında dolu düşəcəyi gözlənilir.

“Güclü qərb küləyi əsəcək. Havanın temperaturu xeyli aşağı düşəcək. Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.