Milli Ətraf Mühit Agentliyi bəyan edir ki, yanvarın 23-dən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin tərkibində artım qeydə alınır
Yanvarın 23-dən Gürcüstan ərazisində atmosfer havasında bərk hissəciklərin (PM10, PM2.5) tərkibində artım qeydə alınır. Bu haqda məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.
Agentliyin məlumatına əsasən, havada bərk hissəciklərin artması əsasən transsərhəd çirklənmə, cənub və cənub-şərqdən səhra toz kütlələrinin az miqdarda yayılması ilə əlaqədardır.
“Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Ətraf Mühit Agentliyi avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinə davamlı olaraq nəzarəti davam etdirir. Maraqlanan istənilən şəxs havanın keyfiyyətinin vəziyyəti haqda məlumatla tanış olmaq və eləcə də atmosfer havasının keyfiyyəti portalında “Tövsiyələr” bölməsində sağlamlıqla bağlı tövsiyələr almaq imkanına malikdir” – Milli Ətraf Mühit Agentliyi tərəfindən yayılmış məlumatda deyilir.