Milli Ətraf Mühit Agentliyi atmosfer havasının keyfiyyətinin fasiləsiz monitorinqini davam etdirir
Gürcüstan miqyasında atmosfer havasının keyfiyyətini qiymətləndirmək məqsədilə Milli Ətraf Mühit Agentliyi indikativ ölçmələrin növbəti mərhələsinə başlayıb.
Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, indikativ ölçmələr zamanı azot dioksidin, benzolun və ozonun konsentrasiyaları müəyyən edilir. Analizlər akkreditə olunmuş laboratoriyada aparılır.
“İndikativ ölçmələr ildə dörd mərhələdə – mart, iyun, sentyabr və noyabr aylarında müxtəlif yerlərdə aparılır.
Qeyd edilməlidir ki, indikativ monitorinq şəbəkəsi tədricən genişlənir. Keçən il ölçmələr 32 şəhərdə aparılıb, bu il isə monitorinq artıq 48 şəhər və yaşayış məntəqəsini əhatə edir.
Bundan başqa, ölkə miqyasında atmosfer havasının keyfiyyətinin monitorinqi Tbilisi, Rustavi, Batumi, Kutaisi, Telavi, Axaltsixe, Mestia və Zuqdididəki avtomatik stansiyalar vasitəsilə aparılır” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.