Milli Ətraf Mühit Agentliyi – 3 fevraldan 4 fevral səhərinədək Qərbi Gürcüstanda yağıntı, ölkə ərazisinin böyük hissəsində güclü külək, yüksək dağlıq rayonlarda qar, qar uçqunu təhlükəsi gözlənilir
Milli Ətraf Mühit Agentliyi – 3 fevraldan 4 fevral səhərinədək Qərbi Gürcüstanda yağıntı, ölkə ərazisinin böyük hissəsində güclü külək, yüksək dağlıq rayonlarda qar, qar uçqunu təhlükəsi gözlənilir

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Agentliyin məlumatına görə, 3 fevraldan 4 fevral səhərinədək Qərbi Gürcüstanda yağıntı gözlənilir, bəzi yerlərdə güclü olacaq. Dənizdə 3–4 ballıq fırtınalı dalğalanma mümkündür. Ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək.

Milli Ətraf Mühit Agentliyinin bildirdiyinə görə, yüksək dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsi gözlənilir. Güclü qar, çovğun, görünüşün pisləşməsi və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.

Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və fəallaşmasına səbəb ola bilər (təhlükə səviyyəsi: orta).