Millətlər Liqasının pley-offu | Gürcüstan yığmasının azarkeşləri Yerevanda yürüş təşkil ediblər #1TVSPORT
Millətlər Liqasının B divizionunun pley-offunda Gürcüstan və Ermənistan yığmalarının matçı başlamazdan əvvəl Yerevanda gürcü azarkeşlərinin yürüşü keçirildi.
Eyni zamanda, yerli azarkeşlərin də yürüşü təşkil olunub və Ermənistan polisi bu iki axını bir-birindən ayırdı. Lakin, gürcü azarkeşlərə əhali yalnız maraq və xoş niyyət göstərirdi.
Millətlər Liqasının B divizionunun pley-offunda Gürcüstan və Ermənistan komandaları arasındakı qarşılaşma saat 21:00-da başlayacaq, matçın tele-reportajını Gürcüstanın Birinci Kanalı sizlərə təqdim edəcək.