Millətlər Liqası | Şimali İrlandiya ilə oyun üçün Gürcüstan yığmasının heyəti açıqlandı #1TVSPORT
Gürcüstan yığması Millətlər Liqasının yeni mövsümündə ilk oyununu Tbilisidə, “Dinamo Arena”da Şimali İrlandiyaya qarşı keçirəcək – qarşılaşma saat 20:00-da başlayacaq, birbaşa reportajı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.
“Xaçlılar”ın baş məşqçisi Vili Sanioli Şimali İrlandiya ilə matç üçün ilk 11-liyi açıqlayıb: Mamardaşvili, Kakabadze, Dvali, Loçoşvili, Qoqliçidze, Koçoraşvili, Mekvabişvili, Xarebaşvili, Kvernadze, Kvaratsxelia, Mikautadze.