Millətlər Liqası | Gürcüstan yığması Şimali İrlandiya ilə heç-heçə etdi#1TVSPORT
Millətlər Liqasının B2 qrupunda Şimali İrlandiyanın milli komandası “Windsor Park”da Gürcüstan yığmasına ev sahibliyi etdi – matç heç-heçə, 0:0 hesabı ilə başa çatdı.
Uğurlu startdan sonra ev sahibləri liderliklərini möhkəmləndirmək, “Xaçlılar” isə vəziyyəti düzəltmək istəyirdilər. Ramaz Svanadze həm oyun sxemini, həm də əsas heyəti dəyişdi. Gürcüstan yığmasının məşqçisi start heyətində Saba Sazonov, Zuriko Davitaşvili, Qizi Mamaqeişvili, Anzor Mekvabişvili və Budu Zivzivadzeni meydana çıxardı.
İlk hissə Şimali İrlandiya yığmasının üstünlüyü ilə keçdi. “Xaçlılar”ın ən təhlükəli hücumunu Zuriko Davitaşvili tamamlayırdı, lakin onun zərbəsini qapıçı dəf etdi. Şimali irlandiyalılar da kəskin hücumlar edirdilər, lakin Qiorqi Mamardaşvili inamlı oynayırdı.
Fasilədən sonra Gürcüstan yığması aşkar şəkildə fəallaşdı və məqamlar da yaratdı, lakin Qiorqi Tsitaişvili və Xviça Kvaratsxelia hədəflərinə çata bilmədilər. Gürcüstan yığması iki dəfə mütləq qoldan xilas oldu. 83-cü dəqiqədə isə Qiorqi Mamardaşvili İsaak Praysın yerinə yetirdiyi penalti zərbəsini dəf etdi.
4 turdan sonra Millətlər Liqasının B2 qrupunda 8 xalla yenə Şimali İrlandiya liderlik edir və A Liqasına yüksəlmək üçün real namizəddir, Gürcüstan yığması isə 2 xalla 4-cü pillədə qərarlaşıb.