Milanda güclü fırtına nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb
Milanda güclü fırtına nəticəsində bir nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb

 

İtaliyanın Milan şəhərində güclü fırtına nəticəsində bir nəfər həyatını itirib. Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, 63 yaşlı qadın üzərinə ağac aşması nəticəsində həlak olub. Onunla birlikdə olan iki nəfər xəsarət alıb.

Rekord həddə yüksək temperaturdan sonra Milanda fırtına nəticəsində zirzəmiləri su basıb, ağaclar və reklam lövhələri aşıb. Fırtına həmçinin Veneto bölgəsi, Toskananın bir hissəsinə zərər vurub.

Bununla yanaşı, İtaliyanın cənub və mərkəzi hissəsində əsasən hələ də havanın temperaturu yüksəkdir.