Milad Alilosu pandemiyaya görə fərqli formatda keçiriləcək
Milad Alilosu pandemiyaya görə fərqli formatda keçiriləcək

Gürcüstan Pravoslav Kilsəsi Milad bayramını qeyd edir.

Bu gün ənənəvi Milad Alilosu keçirilir. Milad Alilosu pandemiyaya görə bu il fərqli formatda keçiriləcək. Piyada yürüş əvəzinə, dini şəxslər bu gün Respublika Meydanına toplaşacaqlar və paytaxtın müxtəlf istiqamətlərinə avtomobillərlə yürüş edəcəklər.

Avtomobillərlə yürüş saat 14:00-da Respublika Meydanında başalayacaq və saat 16:00-da Sameba Kafedral Məbədində başa çatacaq.

Arzu edənlər Milad hədiyyələrini saat 16:00-a qədər Respublika meydanında yerləşən xüsusi çadıra apara bilərlər.

Hədiyyələri həmçinin Sameba Məbədində mövcud mərkəzinə apara bilərlər.