Mikromaliyyə təşkilatları tərəfindən bir borcalana verilən kreditin limiti bu gündən iki dəfə artır və 100-dən 200 min lariyə qədər yüksəlir
Mikromaliyyə təşkilatları tərəfindən bir borcalana verilən kreditin limiti bu gündən iki dəfə artır və 100-dən 200 min lariyə qədər yüksəlir

 

Mikromaliyyə təşkilatları üçün mikrokreditin limiti bu gündən iki dəfə artır.

Xüsusilə, “Mikromaliyyə təşkilatları haqqında” qanunda müvafiq dəyişiklik qüvvəyə minir, ona əsasən də mikromaliyyə təşkilatları tərəfindən bir borcalana verilən kreditin limiti 100 000 – dən 200 000 lariyə qədər yüksəlir.

Milli Bankda izah etdikləri kimi, mikromaliyyə təşkilatları istifadəçilərinə yeni məhsullar və xidmətlər təklif etmək imkanı əldə edəcəklər. Bununla yanaşı, tənzimləyicidə izah etdikləri kimi, bu addım sektorun sağlamlaşmasına da kömək edəcək.

Məlumat üçün bildirək ki, mikromaliyyə təşkilatları üçün mikrokreditin limiti sonuncu dəfə 2017-ci ildə dəyişib və 50 mindən 100 min lariyə qədər artırılıb.

Gürcüstanda kredit portfelinin ümumi həcmi 2 milyard lari təşkil edən 29 mikromaliyyə təşkilatı qeydiyyatdan keçib. Bunlardan kreditlərin 95%-i fiziki şəxslərin payına düşür. Gəlirlərə gəldikdə isə, 2024-cü ildə 2023-cü illə müqayisədə, faiz gəlirləri 31 milyon lari ilə 463 milyon lariyə qədər artıb. Həmçinin, mikromaliyyə təşkilatları əvvəlki illə müqayisədə 134 milyon lari təmiz mənfəət əldə ediblər, bu göstərici isə 2023-cü ilin mənfəəti ilə müqayisədə 8 milyon lari çoxdur.