Mikromaliyyə təşkilatına hücumda ittiham olunana məhkəmə həbs qətimkan tədbirini seçdi
Mikromaliyyə təşkilatına hücumda ittiham olunana məhkəmə həbs qətimkan tədbirini seçdi

Tbilisi Şəhər Məhkəməsi girovların götürülməsi maddəsi ilə ittiham olunana qarşı həbs qətimkan tədbirini seçdi. Hakim prokurorun tələbini təmin etdi.

Advokat ona qarşı 1 000 larilik girovun təyin edilməsini tələb edirdi.

Xatırladaq ki, rəsmi məlumatla, 20 noyabrda, Tbilisidə, Sereteli prospekti N20-də yerləşən “Mikro Biznes Kapital” MMC binasına bir şəxs hücum etdi, odlu silah və qumbaraya bənzər əşyalardan istifadə edərək, hədələyərək, müxtəlif tələblərin yerinə yetirilməsi müqabilində, binada olan 19 insanı girov götürdü.

Levan Zurabişviliyə girovların götürülməsi maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin, iş üzrə psixiatrik ekspertiza təyin olunub.

Hazırda istintaq, Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin “q” bəndi ilə aparılır.