Mikro və kiçik biznesə dəstək layihəsi çərçivəsində 46 biznes subyekti maliyyələşdiriləcək
Mikro və kiçik biznesə dəstək layihəsi çərçivəsində müvafiq komissiya tərəfindən qalib olaraq müəyyən edilən 46 biznes subyekti maliyyələşmə alacaq.
Tbilisinin meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında bəyan etdiyi kimi, meriya qeyd olunan biznes subyektlərinin maliyyələşdirilməsi üçün yarım milyon laridən çox vəsait ayırıb.
“Mikro və kiçik biznesə dəstək layihəsi üzrə müraciətlərin qəbulunu elan etmişdik. Müvafiq komissiya öz işini başa çatdırıb və 46 biznes subyektini qalib olaraq müəyyən edib. Əvvəlcə 300 000 lari ayrılmışdı, lakin büdcəni artırdıq və nəticə etibarilə, qeyd olunan biznes subyektləri arasında 523 min lari bölüşdürüləcək. Yerli istehsalın gücləndirilməsi bizim əsas prioritetlərimizdən biridir və dayanıqlı iqtisadi inkişafın ayrılmaz hissəsidir. Qalibləri təbrik edirəm və onlara uğurlar arzulayıram. Gələcəkdə də oxşar layihələrin maliyyələşdirilməsini daha böyük büdcə və daha çox imkanlarla aktiv şəkildə davam etdirəcəyik” – Kaxa Kaladze bildirib.