Mixeil Sarcveladze yeni doğulan körpələrin analarını Analar Günü münasibətilə təbrik edib
Səhiyyə naziri Mixeil Sarcveladze yeni doğulan körpələrin analarını Analar Günü münasibətilə təbrik edib.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, səhiyyə naziri qeyd edib ki, dövlət tərəfindən doğum nisbətinə təkan verilməsi məqsədilə müxtəlif proqramlar həyata keçirilir.
“Ümumi səhiyyə proqramı çərçivəsində doğuş tam maliyyələşdirilir, antenatal müayinə üçün ziyarətlər maliyyələşdirilir, hamilə qadınların və yeni doğulmuş uşaqların skrininqi maliyyələşdirilir, bundan başqa, demoqrafik vəziyyətin yaxşılaşdırılmasına yardım edən məqsədyönlü dövlət proqramı qüvvədədir” – Səhiyyə Nazirliyinin məlumatında deyilir.