Mixeil Sarcveladze yaşlılar pansionatında olan benefisiarları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib
1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. Səhiyyə naziri Mixeil Sarcveladze, Parlamentin Sağlamlığın Müdafiəsi və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominadze və İmeretinin dövlət müvəkkili Levan Zalkaliani ilə birlikdə Kutaisinin yaşlılar pansionatında olub və benefisiarları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib.
Nazir yaşlıların ehtiyacları və pansionatda göstərilən tibbi xidmətlərin keyfiyyəti ilə tanış olub.
Onun bəyanatına əsasən, yaşlıların hüquqlarının müdafiəsi və onların yüksək keyfiyyətli səhiyyə xidmətləri ilə təmin edilməsi dövlətin mühüm prioritetlərindən biridir.
Məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.