Mixeil Sarcveladze - uzun müddətdir güman edirik ki, danışıqların nəticəli həyata keçirilməsi bir sıra siyasi partiyanın gündəmində deyil
Tam hazırlıq var ki, danışıqlar prosesində müzakirə oluna biləcək bütün məsələləri maksimal olaraq razılaşdıraq və nəticəli danışıqlar barəsində söhbət edək, – bu barədə Parlamentin İnsan Hüquqları Müdafiəsi Komitəsinin sədri, Mixeil Sarcveladze bəyan etdi.
“Önəmlidir ki, müxalifət tərəfindən hazırlıq olsun, çünki düşünürəm başqa təqdirdə danışıqlar çətinləşəcək. İnsan danışıqlarda iştirak etməmək istəyəndə, həmişə səbəb axtarıb tapacaq ki, danışıqlarda iştirak etməsin.
O cümlədən, bunu da müzakirə etməliyik ki, audio yazıların yayılması, süni şəkildə yaradılmış səbəbdir, ona doğru yönəldilibdir ki, real olaraq danışıqlar baş tutmasın. Uzun müddətdir güman edirik ki, danışıqların nəticəli həyata keçirilməsi bir sıra siyasi partiyanın gündəmində deyil”, – Sarcveladze bəyan etdi.