Mixeil Sarcveladze - Təcili tibbi yardım xidmətinin nümayəndələrinə qarşı səbəbsiz yerə aqressiya göstərmək xoş deyil, onlar gündəlik olaraq qəhrəmanlıq edən insanlardır
Mixeil Sarcveladze - Təcili tibbi yardım xidmətinin nümayəndələrinə qarşı səbəbsiz yerə aqressiya göstərmək xoş deyil, onlar gündəlik olaraq qəhrəmanlıq edən insanlardır

 

Həkimlərin, xüsusən də təcili tibbi yardım işçilərinin ölkəmiz və cəmiyyətimiz üçün töhfəsi son dərəcə böyükdür. Cəmiyyət tərəfindən həkimlərə, xüsusən də təcili tibbi yardım xidmətinin nümayəndələrinə hörmət zəruridir. Səbəbsiz yerə onlara qarşı aqressiya göstərmək xoş deyil – səhiyyə naziri bu bəyanatla dekabrın 30-da Bolnisidə inkişaf etmiş hadisələrə münasibət bildirib.

Mixeil Sarcveladze dünyasını dəyişmiş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı verib və bunun ağır faciə olduğunu qeyd edib.

“Təcili tibbi yardım xidmətinin nümayəndələrinə qarşı səbəbsiz yerə aqressiya göstərmək xoş deyil. Onlar gündəlik olaraq qəhrəmanlıq edən insanlardır. Mən hissləri başa düşürəm, bu, çox ağır, faciəli hadisədir, lakin bu cür münasibətin ictimai şəkildə təşviq edilməsi və ya bəyənilməsi yəqin ki, düzgün olmazdı. Faciədən bir neçə saat sonra dünyasını dəyişmiş şəxslərdən birinin ailə üzvünə təcili tibbi yardım lazım olduqda, təcili tibbi yardım əməkdaşlarımız hadisə yerinə gedib və ehtiyacı olan hər kəsə dərhal yardım ediblər” – nazir bildirib.

Marneuli-Bolnisi yolunda iki yeniyetmənin həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş hadisə sözlü və fiziki qarşıdurma ilə müşayiət olunub. Daxili İşlər Nazirliyi yol-nəqliyyat hadisəsini törədən sürücünün saxlanılması və istintaq aparılması haqda məlumat verir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, yol-nəqliyyat hadisəsindən sonra baş vermiş qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı xəsarət alıb və 8 vətəndaş yaralanıb.