Mixeil Sarcveladze - Tea Sulukianinin Mədəniyyət naziri təyin olunması ilə, mədəniyyət sahəsinin böyük perspektivi yaranacaq
Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin bölünməsi və müvafiq olaraq Mədəniyyət Nazirliyinin yaradılması qanunlayihəsi, mənim üçün məlum olduğu qədər, büronun bu günki iclasında müzakirə olunacaq, – bu barədə İnsan Hüquqları Müdafiəsi Komitəsinin sədri, Mixeil Sarcveladze bəyan etdi.
Bununla yanaşı, Tea Sulukianinin Mədəniyyət naziri vəzifəsinə mümkün təyin olunması məsələsinə gəldikdə, Sarcveladzenin bəyan etdiyinə görə, Gürcüstanda mədəniyyət sahəsində böyük perspektiv əmələ gələcək.
“Bir nəyi deyə bilərəmsə, Gürcüstanda mədəniyyət sahəsində həqiqətən böyük perspektiv əmələ gələcək. Çünki heab edirəm ki, o, ən yaxşı namizəddir”, – Sarcveladze bəyan etdi.
Parlament çoxluğunun deputatı, Maya Menağarişvilinin bəyan etdiyinə görə, onun məlumatına əsasən, Tea Sulukianinin Mədəniyyət naziri vəzifəsinə təyin edilməsi planlaşdırılır.
Gürcüstanın baş naziri, Giorgi Qaxariya hökumətə etimadın elan edilməsi məsələsi üzrə keçirilən Parlamentin iclasında ötən ilin 24 dekabrında bəyan etdi ki, Mədəniyyət Nazirliyinin ayrıca ayrılması məsələsi barəsində çox müzakirə apardılar və qərar qəbul olunubdur. Baş nazirin qeyd etdiyinə görə, bu proses hüquqi prosedurlardan asılıdır. Qaxariyanın dediyinə görə, düşünür ki, proses fevraldan o yana keçməyəcək.