Mixeil Sarcveladze Tbilisidə Tvalcrelidze küçəsində məcburi köçkün ailələri üçün yeni binaların tikinti prosesinə baxış keçirib
Mixeil Sarcveladze Tbilisidə Tvalcrelidze küçəsində məcburi köçkün ailələri üçün yeni binaların tikinti prosesinə baxış keçirib

 

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Tbilisidə Tvalcrelidze küçəsində məcburi köçkün ailələri üçün yeni binaların tikinti prosesinə baxış keçirib.

Layihəyə əsasən, müasir standartlara cavab verən 11 binada 2400 məcburi köçkün ailəsi 2025-ci ilin sonunadək mərhələli şəkildə tam təmirli mənzillər alacaq. Hazırda üç binada tikinti başa çatıb və daxili təmir işlərinə başlanılıb. Layihə çərçivəsində xarici infrastrukturun – parkların, uşaq əyləncə və idman meydançalarının qaydasına salınması da nəzərdə tutulub.

Məcburi köçkün ailələri üçün yeni binaların tikintisi eyni vaxtda Gürcüstanın beş şəhərində – Tbilisi, Borcomi, Rustavi, Kutaisi və Zuqdididə aparılır. Proqram çərçivəsində ümumilikdə 13 000 məcburi köçkün ailəsi mənzil alacaq.

Nazir müavini Qiorqi Tsaqareişvili, Məcburi Köçkünlərin, Ekomiqrantların və Dolanışıq Mənbələri ilə Təminat Agentliyinin direktoru Zurab Utiaşvili və Veteranların İşi üzrə Dövlət Xidmətinin direktoru Koba Kobaladze məcburi köçkünlər üçün salınan yaşayış kompleksində cari işlərlə tanış olublar.

Məlumatı işğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.