Mixeil Sarcveladze - Sağlamlıq problemi olmayan və cəzasını çəkməli olan şəxs həbsxana müəssisəsində olmalıdır, Saakaşvilinin köçürülməsi düzgün qərardır
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladzenin qiymətləndirməsinə əsasən, Mixeil Saakaşvilinin klinikadan cəzaçəkmə müəssisəsinə köçürülməsi məntiqli və düzgün qərardır.
Sarcveladze bildirib ki, sağlamlıq problemi olmayan məhbus cəzasını həbsxanada çəkməlidir.
“Bu qərarın niyə verilməməsi və tətbiq edilməməsi ilə bağlı heç kim əks arqument deyə bilməyəcək. Düşünürəm ki, tamamilə normal qərardır. Sağlamlıq problemi olmayan və cəzasını çəkməli olan şəxs bütün digər məhbuslar halında olduğu kimi, bəli, həbsxana müəssisəsində olmalıdır. Kiminsə bunda nəsə mənfi bir şey görməsini, hansısa anlaşılmazlıq tapmasını və ya nəsə insinuasiya yayması cəhdlərini başa düşmürəm” – Sarcveladze qeyd edib.
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini dünən, noyabrın 12-də “Vivamedi” klinikasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər.