Mixeil Sarcveladze - Respublika Xəstəxanasının yeni konsepsiyası nəticəsində bütün region miqyasında flaqman olacaq müasir tibb müəssisəsi əldə edəcəyik
Biz təkcə Gürcüstanda deyil, bütün region miqyasında flaqman olacaq müasir tibb müəssisəsi əldə edəcəyik – bu haqda Mixeil Sarcveladze Respublika xəstəxanası haqqında danışarkən deyib.
Qurumun rəhbərinin izahına görə, baş nazir yaxın günlərdə Respublika xəstəxanasının yeni konsepsiyasını təqdim edəcək.
“Cəmiyyət baş nazirin qərarını xatırlayır və bu problem birbaşa onun iştirakı ilə həll olunub. Praktiki olaraq ən optimal variant hazırlanıb və bu müəssisədə fəaliyyətini bu günədək davam etdirən kollektivlə razılaşdırılıb. Bu, çox iddialı planları həyata keçirməyə qadir olan möhtəşəm və seçilən kollektivdir. Bundan irəli gələrək, biz çox ümid edirik ki, bu konsepsiyanın həyata keçirilməsində hərəkətverici qüvvələrdən biri hazırda bu müəssisədə işləyən kollektiv olacaq. Yaxın günlərdə konsepsiyanın təqdimatını keçirəcəyik və birbaşa işə başlayacağıq. Müəyyən ideyalarımız var – bir tərəfdən, mövcud infrastruktur necə bərpa edilməlidir və təbii ki, xüsusi maraq doğuran mövzu yeni tikililər olacaq, inşaata tabe tutulan ərazinin resursları və potensialı var. Müvafiq olaraq, region miqyasında bu sahədə flaqman olacaq tamamilə innovativ, müasir tibb müəssisəsi əldə edəcəyimiz tikintiyə başlamaq haqda düşünürük” – Mixeil Sarcveladze bildirib.