Mixeil Sarcveladze - Qriplə bağlı olaraq, əvvəlki illərlə müqayisədə heç bir xüsusi hal baş vermir, bütün göstəricilər norma daxilindədir
Qriplə bağlı olaraq, əvvəlki illərlə müqayisədə heç bir xüsusi hal baş vermir, bütün göstəricilər norma daxilindədir – bu haqda Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze bildirib.
Sarcveladzenin sözlərinə əsasən, səhiyyə sektoru qrip mövsümünü hazırlıqlı qarşılayıb.
Səhiyyə naziri bir daha vətəndaşları peyvənd olunmağa çağırıb.
“Qış mövsümündə qripin yayılma göstəricisinin artmasında qəribə bir şey yoxdur. Bu, təbii prosesdir. İctimaiyyəti əmin etmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə heç bir xüsusi hal baş vermir. Bütün göstəricilər norma daxilindədir. Qripin sürətinin qışda artmasının gözlənilməsi normaldır. Biz digər ölkələrin göstəriciləri ilə müqayisə etdiyimiz göstəriciləri müşahidə edirik. Bütün bunlar nəzarət altındadır. Səhiyyə sektoru çağırışa tab gətirməyə hazırdır. Eyni zamanda, hər kəsi standart gigiyena normalarına əməl etməyə və peyvənd olunmağa çağırıram” – Mixeil Sarcveladze bildirib.