Mixeil Sarcveladze - Qrip mövsümünə baxmayaraq, vəziyyət nəzarət altındadır, panikaya səbəb yoxdur
Qrip virusu mövsümünün gəlişi ilə birlikdə göstəricilərin artması təbiidir, lakin bu, heç də nəsə narahatedici vəziyyətdən xəbər vermir və ciddi nəticələr çıxarmaq üçün heç bir əsas yoxdur, vəziyyət stabildir – bu haqda səhiyyə naziri Mixeil Sarcveladze bildirib.
O, sektorun qrip mövsümünə tam hazır olduğunu deyib.
“Virus və istənilən xəstəliklə mübarizə aparmaq vəzifəsi daşıyan bütün sektorlar təbii ki, öz işlərinin öhdəsindən ən yüksək səviyyədə gəlirlər. İstənilən çağırışın öhdəsindən gəlməyə hazırdır. Bu baxımdan, bu gün panika üçün heç bir səbəb yoxdur. Bir daha vurğulayaraq qeyd edirəm ki, vəziyyət normaldır və tam nəzarət altındadır.
Fürsətdən istifadə etmək və bir daha əhalini bir tərəfdən peyvənd vasitəsilə, digər tərəfdən isə gigiyena qaydalarından başlamış həkimə müraciət etməklə qurtarmış, özlərini maksimal şəkildə qorumağa çağırmaq istəyirəm. Dövlət bütün resurslarını səfərbər edib və obyektiv olaraq bu baxımdan heç bir problem yoxdur” – Mixeil Sarcveladze bildirib.