Mixeil Sarcveladze - Qoturla bağlı narahat olmağa heç bir səbəb yoxdur, statistik olaraq da, əvvəlki illərlə müqayisədə nəsə fərq yoxdur
Mixeil Sarcveladze - Qoturla bağlı narahat olmağa heç bir səbəb yoxdur, statistik olaraq da, əvvəlki illərlə müqayisədə nəsə fərq yoxdur

 

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladzenin bəyanatına əsasən, qoturla bağlı narahat olmağa və ajiotaj yaratmağa heç bir səbəb yoxdur.

Sarcveladze bildirib ki, xəstəliyin yayılması, onun mümkün riskləri ilə bağlı müəyyən məlumatları yayarkən ehtiyatlı olmaq lazımdır.

“Paata İmnadze bununla əlaqədar danışdı və kifayət qədər aydın şəkildə izah etdi ki, ajiotaj yaratmaq üçün nəsə real səbəb yoxdur. Vurğulayaraq qeyd etmək istərdim ki, xəstəliyin yayılması, onun mümkün riskləri ilə bağlı müəyyən məlumatlar yayıldıqda, son dərəcə diqqətli olmalıyıq, çünki bu, panika səpməyə səbəb olur. Statistik olaraq da, əvvəlki illərlə müqayisədə nəsə fərq tamamilə yoxdur. Bundan irəli gələrək, düşünürəm ki, bu baxımdan diqqət bir az şişirdilib. İctimaiyyəti sakitləşdirmək istərdim. Bütün mütəxəssislərdən məlumatımız var ki, Gürcüstanda xüsusi və həyəcan verici nəsə baş vermir. Əlbəttə, keçən hər bir infeksiya təəssüf doğurur, lakin qeyri-standart və anormal nəsə baş vermir. Bizim çağırışımız hələ də qüvvədədir – gigiyena normalarına riayət etmək, tez-tez əlləri yumaq, lakin xəstəliyin özü sadə əl sıxmaq və ya öpməklə yayılmır. Dəri ilə uzun müddət təmas olmalıdır, mütəxəssislər belə izah edirlər. Dərmanın şəbəkədə olmaması ilə bağlı məlumat yayıldı. Bu da yalan məlumatdır. Dərman bir neçə aptek şəbəkəsində sərbəst şəkildə əlçatandır. Bütün bunların fonunda deyə bilərik ki, ayrı-ayrı təəssüfdoğurucu hallara baxmayaraq, qoturla bağlı narahat olmağa heç bir səbəb yoxdur” – Mixeil Sarcveladze bildirib.