Mixeil Sarcveladze - Psixotrop dərmanla təması olan hər kəsə çağırış edirəm, dövlət onların səhv, təyinatına uyğun olmayan şəkildə istifadəsinə dözməyəcək, səhlənkarlıqlara cavab verməli olacağıq
Psixotrop dərmanla təması olan hər kəsə xüsusilə çağırış etmək istəyirəm, dövlət bu cür dərmanların səhv, təyinatına uyğun olmayan şəkildə istifadəsinə dözməyəcək – bu haqda səhiyyə naziri Mixeil Sarcveladze bildirib.
“Hər kəsə çağırış etmək, hər kəsdən xahiş etmək və eyni zamanda hər kəsə xəbərdarlıq etmək istəyirəm, istənilən səhv, qanunsuz hərəkətdən çəkinsinlər. İnanın mənə, belə halların heç biri müvafiq cavabsız qalmayacaq” – səhiyyə naziri qeyd edib.
Mixeil Sarcveladzenin izahatına əsasən, psixotrop dərmanlar sahəsində həyata keçirilən islahat nəticəsində qiymətlər xeyli azalıb, müvafiq olaraq, qeyd olunan dərmanlara həqiqətən ehtiyacı olanlar üçün əlçatanlıq artıb. Bununla yanaşı, dərmanların verilməsinin qanuniliyinə ciddi nəzarət olunur.
“Psixotrop dərman üçün resept yazmaq səlahiyyəti olan həkimlərə müraciət etmək istəyirəm: heç bir halda səhlənkarlıqlara yol verilməməlidir. Əgər müəyyən səhlənkarlıqlar aşkarlanarsa və təəssüf ki, belə hallar ola bilər, bu halda, təbii ki, cavab verməli olacağıq” – səhiyyə naziri bildirib.