Mixeil Sarcveladze – Ponicalada yaşayış binasında partlayış nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri azyaşlıdır

12:07, 19.11.2026

 

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze, Ponicalada yaşayış binasında partlayış nəticəsində dörd nəfərin xəstəxanaya yerləşdirildiyini, onlardan birinin azyaşlı olduğunu bildirib.

Sarcveladzenin hadisə yerində jurnalistlərə açıqladığı kimi, hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası cəlb olunub.

“Bu istiqamətdə, əslində demək olar ki, ləngimə olmayıb. İlk dəqiqələrdən etibarən, məlumat alan kimi bütün zəruri briqadalar dərhal hadisə yerinə gəlib. Müvafiq olaraq, səhhətində problem olan insanların, demək olar ki, hamısı artıq müvafiq tibb müəssisələrinə aparılıb. Tibbi xidmət və yardım hamı üçün əlçatandır.

Hazırda dörd nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri azyaşlıdır. Yaşı nəzərə alınaraq, tərəfimizdən ona xüsusi diqqət və nəzarət göstərilir. Əlbəttə ki, hamıya diqqət yetirilir, lakin uşağa münasibətdə xüsusi.

Müxtəlif növ və ağırlıq dərəcəli xəsarətlər var və onların hər biri müşahidə prosesindədir. Tibbi yardıma ehtiyac necə müəyyənləşdiriləcəksə, onların hər biri üçün həmin tibbi yardım əlçatan olacaq” — Sarcveladze açıqlayıb.

Həmçinin daxili işlər naziri Sulxan Tamazaşvili və Tbilisinin meri Kaxa Kaladze hadisə yerindədirlər.

Ponicalada yaşayış binasında partlayış bu gün səhər baş verib. Yanıq Mərkəzinin rəhbəri Quqa Kaşibadzenin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. O, Yanıq Mərkəzində reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı rəsmi məlumat hələlik yayılmayıb. Mövcud məlumata əsasən, partlayışa təbii qazın sızması səbəb olub.

Oxşar