Mixeil Sarcveladze Ponicalada partlayış nəticəsində xəstəxanaya aparılan şəxslərin vəziyyətinin qənaətbəxş olduğunu, evində partlayış baş verən kişinin vəziyyətinin isə ağır olaraq qaldığını bildirir

23:04, 19.11.2026

 

Səhiyyə naziri Mixeil Sarcveladze Ponicalada partlayış nəticəsində xəstəxanaya aparılan şəxslərin vəziyyətinin qənaətbəxş olduğunu, evində partlayış baş verən kişinin vəziyyətinin isə ağır olaraq qaldığını bildirir.

“Xəstəxanada olan şəxslərin, xüsusilə uşaqların vəziyyəti normaldır. Onların təhlükəli və ağır xəsarətləri yoxdur. Həkimlərin nəzarəti altındadırlar və təbii ki, belə də davam edəcək. Yaranacaq istisnasız olaraq bütün ehtiyaclar təmin olunacaq. Uşaqlarla bağlı zərurət yarandıqda psixoloqun və ya istənilən digər yardımın cəlb olunmasını nəzərdən keçiririk.

Axtarış işlərini gözləyirik. Tibb müəssisələri hər cür tibbi yardımın göstərilməsi üçün hazır vəziyyətdədir” – Sarcveladze bildirib.

Səhiyyə naziri mənzilində partlayış baş verən kişinin vəziyyətinin ağır olduğunu qeyd edib.

“Bədənində ağır xəsarətlər var. Əvvəlcədən hər hansı nəticə çıxarmaq istəmirəm. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər. Nə alınacağını zaman və müalicənin nəticələri göstərəcək.

Xəstəxanaya yerləşdirilmiş bir qadın isə artıq evə buraxılıb. Onun xəstəxanada qalmasını tələb edən hər hansı xəsarəti yox idi. Ehtiyac halında, hər cür yardımın göstərilməsi üçün bütün resurslar səfərbər olunub” – Sarcveladze qeyd edib.

Oxşar