Mixeil Sarcveladze - Pasiyentə ədalətsiz qiymət təklif edilməsi faktı ilə bağlı nazirlik barışmaz mövqe tutacaq, hüquq pozuntusuna cavab vermək məsuliyyəti daşıyan strukturlara müraciət edəcək
Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyi tərəfindən dörd əczaçılıq şirkətinin cərimələnməsinə münasibət bildirir.
Sarcveladzenin dediyi kimi, nazirlik pasiyentə ədalətsiz qiymət təklif edilməsi ilə bağlı barışmaz mövqe tutacaq və hüquq pozuntusuna cavab vermək məsuliyyəti daşıyan strukturlara müraciət edəcək.
“Təəssüf ki, rəqabətin azlığı və qiymətlərin süni şəkildə artırılması əczaçılıq sektoru ilə bağlı ən çox tənqid olunan məqamdır. Bir çox hallarda bu, tamamilə əsaslandırılmışdır. Son vaxtlarda bu istiqamətdə vəziyyətin yaxşılaşdırılması üçün çox mühüm addımlar atılıb. Oxşar analitik sənədlər isə pasiyentlərin ədalətli qiymətlərdən istifadə edə bilməsi üçün işin davam etdirilməsi siqnalını verir. Bu kritik əhəmiyyət kəsb edir. Bu araşdırmanın üzə çıxardığı nöqsanlar, o cümlədən bu kateqoriyalı xərclərin qiymət artımına daxil edilməsi qətiyyən yolverilməzdir” – Mixeil Sarcveladze bildirib.
Nazirin bəyanatına əsasən, əczaçılıq məhsullarının qiymətlərinə nəzarət məqsədilə işlər gələcəkdə də davam edəcək.
“Bu, o cümlədən istinad qiymətlərinin daha da gücləndirilməsi deməkdir, ola bilsin genişləndirilmədən danışa bilərik. Təəssüf ki, dövlət üçün tamamilə qəbuledilməz olan praktikalər mövcuddur və bu mövqe gələcəkdə də qorunub saxlanacaq. Oxşar vəziyyət aşkarlananda, qarşılaşanda və kifayət qədər arqument olduqda, hər zaman hüquq pozuntusuna cavab vermək məsuliyyəti daşıyan hüquq-mühafizə orqanlarına və ya strukturlara müraciət edəcəyik. Nazirlik bu imkandan hər zaman istifadə edəcək və pasiyentə ədalətsiz qiymət təklif edilməsi faktı ilə bağlı tamamilə barışmaz mövqe tutacaq. Qeyd etmək lazımdır ki, son zamanlar xüsusilə əhəmiyyətli dərmanlarla bağlı mövcud tənzimləmələr oxşar rəqabət çatışmazlığının aradan qaldırılmasına kömək edib. Müvafiq olaraq, bazar daha sağlam olub, lakin haradasa prosesin səhv istiqamətə getməsi təhlükəsi hər zaman var. Biz bunu daim izləyirik və konkret müraciət üçün əsas yaranar-yaranmaz, Səhiyyə Nazirliyi gecikməyəcək” – Mixail Sarcveladze bildirib.
Rəqabət və İstehlakçının Müdafiəsi Agentliyi üstün mövqedən sui-istifadə etdiyinə görə dörd əczaçılıq şirkətini 560 min lari məbləğində cərimələyib.