Mixeil Sarcveladze narkomaniya ilə xəstələnmiş şəxslərin məcburi müalicə prosesində iştirak üçün yaradılmış komissiyanın üzvləri ilə görüşüb
Mixeil Sarcveladzenin bəyanatına əsasən, dövlətin əsas vəzifəsi benefisiarların ən yaxşı maraqlarını qorumaq və onları remissiya mərhələsinə keçirməkdir. Səhiyyə nazirinin qeyd etdiyi kimi, qarşıya qoyulmuş iddialı planların həyata keçirilməsində mühüm rollardan birini tərkibinə həkim-narkoloqlar, Psixi Sağlamlıq və Narkomaniyanın Profilaktikası Mərkəzinin rəisi, səhiyyə və daxili işlər nazirliklərinin nümayəndələrinin daxil olduğu yüksək rütbəli peşəkarlardan komplektləşdirilmiş məhz qeyd olunan komissiyanın effektiv fəaliyyəti oynayacaq.
Komissiya məcburi müalicə üçün nəzərdə tutulan tibb şöbəsinə pasiyentlərin yerləşdirilməsi məsələlərini müzakirə edəcək. Psixi Sağlamlıq və Narkomaniyanın Profilaktikası Mərkəzinin bazasında stasionar bu yaxınlarda açılıb.
Mixeil Sarcveladzenin bəyanatına əsasən, bu, prosesin idarəolunmasına qoşulmuş multidissiplinar komandanın – narkoloqların, psixoloqların, terapevtlərin, digər profilli həkimlərin və sosial işçilərin olduğu kliniki müəssisədir.
Nazirin qeyd etdiyi kimi, müəssisədə müalicə müasir kliniki təlimatlara və beynəlxalq standartlara uyğun aparılır və hər bir pasiyentin fərdi ehtiyaclarına tam şəkildə uyğunlaşdırılıb.
Komissiyanın ilk iclası elə bu gün keçiriləcək, iclasda onun üzvləri səmərəli fəaliyyət üçün mühüm məsələləri müzakirə edəcək və iş strategiyasını razılaşdıracaqlar.