Mixeil Sarcveladze Misir Ərəb Respublikasının Gürcüstandakı səfiri Amal Afifi ilə görüşüb
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze Misir Ərəb Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Amal Afifi ilə görüşüb.
Tanışlıq xarakteri daşıyan görüşdə nazir səfirə qurumun fəaliyyəti və cari proqramlar haqqında məlumat verib. Tərəflər səhiyyə sahəsində gedən proseslər, tibbi istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi imkanları və iki ölkənin təcrübə mübadiləsinin əhəmiyyəti barədə danışıblar. Həmçinin, əmək və sosial müdafiə sahələrində cari təşəbbüslərə diqqət yönəldilib.
Görüşdə həmçinin birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə səhiyyə və xarici işlər nazirliklərinin nümayəndələri də iştirak ediblər.