Mixeil Sarcveladze - Kimin tərəfindən olmasından asılı olmayaraq, zorakılığa heç bir bəraət qazandırmaq olmaz
Kimin tərəfindən olmasından asılı olmayaraq, zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Bundan irəli gələrək, bununla əlaqədar mənim mövqeyim tamamilə dəyişməzdir və zorakılıq hərəkətlərinə bəraət qazandırmaq olmaz və dözülməzdir – bu haqda səhiyyə naziri Mixeil Sarcveladze hökumətin iclası başa çatdıqdan sonra bildirib.
O deyib ki, nazirlik aksiyalarda xəsarət alanlara hansı tibbi xidmətlərin göstərildiyi barədə ictimaiyyətə fasiləsiz olaraq yenilənmiş məlumatlar verir.
“Təcili tibbi yardım briqadaları aksiyaların keçirildiyi yerlərdə lazım olandan çox sayda yerləşdirilib. Müvafiq olaraq, bütün bu günlər ərzində praktiki olaraq, bütün insanlar üçün yerindəcə təcili tibbi yardım təmin edilmişdi” – Mixeil Sarcveladze qeyd edib.