Mixeil Sarcveladze - İnsulinin əlçatanlığı ilə bağlı gecikmə yoxdur və yaranmayacaq da, əhalimizi qorumaq bizim maraq predmetimizdir
Gürcüstanda diabetdən əziyyət çəkən bütün insanlar, əsasən uşaqlar, “Sanofi Aventis” fransız şirkətinin insulini ilə tam təmin olunublar – bu haqda Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze brifinqdə deyib.
O, bu baxımdan nəsə problemin olmadığını bildirib.
“Avropanın bir sıra inkişaf etmiş ölkələri bundan istifadə edir. Xüsusilə qeyd edirəm ki, bu vasitə ilə pasiyentlərin təmin edilməsində nəsə gecikmə yaranmayıb belə, bu gün də yoxdur və yaxın gələcəkdə də yaranmayacaq” – Mixeil Sarcveladze bildirib.
İkinci növ insulinə “Novo Nordisk”ə gəlincə, Mixeil Sarcveladzenin izahatına əsasən, şirkət müqaviləni pozub və ehtiyatların doldurulması ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
“Danimarka şirkəti “Novo Nordisk”in istehsal etdiyi kifayət qədər məşhur ikinci insulin var. Şirkətlə müqavilə aprelin 14-də imzalanıb. Təəssüf ki, şirkət ilk dəfəsindəcə heç bir izahat vermədən müqaviləni pozdu və planlaşdırılandan xeyli az miqdarda preparat, həm də gecikmə ilə bizə çatdırdı. Bu öhdəlik bu günə qədər yerinə yetirilməyib. Onların təklif etdiyi bütün mümkün variantları nəzərdən keçirdik, lakin bu günə qədər şirkət öhdəliklərini kobud şəkildə pozur. Təəssüf edirəm, lakin bunu qeyd etmək məcburiyyətində qalıram. Düşündük ki, ola bilsin bu “Ozempik”in satışı ilə daha çox məşğul olan menecmentin nisbətən aşağı həlqələri səbəbilə yaranıb. Buna görə də şirkətin yüksək rəhbərliyi ilə ünsiyyət qurduq. Şəxsən oktyabr ayında səfər etdim və onlarla görüşdüm. Hələ oktyabrda bizə noyabrın əvvəlində ehtiyatın doldurulacağına və öhdəliklərin yerinə yetiriləcəyinə söz verdilər. İndi də, bu gün də, onlar yazır və qalan miqdarın yaxın günlərdə çatdırılacağını bildirirlər. Buna baxmayaraq, onlar tərəfindən bu günə qədər öhdəlik yerinə yetirilməyib. 1-ci tip diabetdən əziyyət çəkən şəxslərin valideynlərinin onların məhsuluna olan xoş münasibətini nəzərə alırıq və sərt qərar qəbul etməməyə çalışırıq. Təkrar edirəm, yalnız birbaşa olaraq pasiyentlərin və onların valideynlərinin maraqlarını nəzərə alaraq” – Mixeil Sarcveladze bildirib.
Nazir əhalinin maraqlarını qorumağın və diabetdən əziyyət çəkən pasiyentlərin yüksək keyfiyyətli dərmanlarla fasiləsiz təmin edilməsinin hakimiyyət üçün prioritet olduğunu deyib.
O, dövlətin pasiyentlərin maraqlarına böyük əhəmiyyət verən şirkətlərlə əməkdaşlığının davam edəcəyini bildirib.
“Əhalimizi qorumaq bizim maraq predmetimizdir. Bu səbəbdən təbii ki, mən bu konkret şirkətlə bağlı sərt qərarlar qəbul etməyə məcbur olmaq istəmirəm. Onların məhsulları pasiyentlərimizin həqiqətən xoşuna gəlir, biz yalnız gürcü pasiyentlərin tərəfindəyik və olacağıq. Əgər hansısa təchizatçı gürcü pasiyentləri prioritet hesab etmirsə, təbii ki, onunla əməkdaşlıq asan olmayacaq. Bizə vətəndaşımızı və onun ehtiyaclarını birinci yerə qoyacaq tərəfdaşlar lazımdır. Çalışacağam ki, bütün məsələlər elə həll olunsun ki, gürcü pasiyentlər üçün insulinin tədarükü fasiləsiz davam etsin. Mənə inanın, nazirlik tərəfindən bunun tam olaraq belə olması üçün hər şey ediləcək.
Ayrı-ayrı insanların təhrif olunmuş məlumatı qəsdən yaymaqla məsələ ətrafında süni şəkildə ajiotaj yaratmaq cəhdləri var ki, kimsə sonra bundan siyasi spekulyasiya üçün bəhanə kimi istifadə edə bilsin. Bir daha bəyan edirəm, bu gün Gürcüstanda heç bir uşaq bəzilərinin təsvir etməyə çalışdığı kimi insulinsiz qalmayıb. Bunun riski belə istisna olunur. Valideynlər, o cümlədən “Sanofi” dərmanına əlçatanlıqla bağlı heç bir risk olmaması barədə dəqiq məlumatlandırılıblar. Dərmanın əvəzlənməsi ilə bağlı bütün həkimlər idarəetməyə qoşulmağa hazırdır və bu işdə nazirlik iştirak edir. Onlar bilirlər ki, söhbət çox yüksək keyfiyyətli dərmandan gedir. Onların gözlənilən dəyişiklik barədə əvvəlcədən bilmək hüququ var. Buna baxmayaraq, onlardan bəziləri dövlətin insulinin tədarükünü dayandırdığını deyir. Bu yalanın bilərəkdən yayılmasıdır” – Mixeil Sarcveladze bildirib.