Mixeil Sarcveladze ilkin səhiyyə islahatı ilə bağlı klinikaların nümayəndələri ilə görüş keçirib

13:51, 01.10.2026

 

İlkin səhiyyə islahatının yeni mərhələsi çərçivəsində səhiyyə naziri Mixeil Sarcveladze pilot proqrama cəlb olunmuş klinikaların nümayəndələri ilə görüşüb.

Görüşdə pilot proqramın gedişatı, əldə olunmuş təcrübə və islahatın yeni mərhələsi ilə bağlı məsələlər müzakirə edilib.

Mixeil Sarcveladze ilkin səhiyyə müəssisələrinin roluna diqqət çəkib. Xəstəliklərin qarşısının alınması, peyvəndləmə, skrininq, xəstəliklərin vaxtında aşkarlanması və pasiyentlərə lazımi xidmətlərin vaxtında göstərilməsinə toxunulub.

Həmçinin, islahatın yeni mərhələsində ilkin səhiyyə müəssisələrinin təmin etməli olacağı istiqamətlər və vəzifələr nəzərdən keçirilib.

Səhiyyə nazirinin müavini Tea Qiorqadze, İmereti diyarında dövlət müvəkkili Levan Zalkaliani, Saçxere Munisipalitetinin meri Levan İvanaşvili, Gürcüstan Tibb Holdinqinin direktoru Malxaz Jorjikaşvili və tibb sektorunun nümayəndələrinin iştirak etdiyi görüş Saçxere Tibb Mərkəzində keçirilib.

Oxşar