Mixeil Sarcveladze - Ermənistan və Gürcüstanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin böyük potensialını görürük
Mixeil Sarcveladze - Ermənistan və Gürcüstanın səhiyyə nazirlikləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin böyük potensialını görürük

 
Qonşumuz və dost Ermənistan dövləti ilə səhiyyə istiqamətində əməkdaşlıq kritik əhəmiyyət kəsb edir. Xəstəliklərin yayılmasının qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün məlumat mübadiləsi, resursları optimal şəkildə səfərbər etmək və digər istiqamətlərdə fəal əməkdaşlıq lazımdır – bu haqda Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze Yerevanda Gürcüstan-Ermənistan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının bitməsindən sonra deyib.

Mixeil Sarcveladzenin izahatına görə, iki ölkə təxirəsalınmaz tibbi yardım və kritik vəziyyətlərdə qarşılıqlı əməkdaşlıq istiqamətində xüsusilə fəal əməkdaşlıq edir.

“Ermənistan və Gürcüstanın səhiyyə nazirlikləri tərəfindən bu əməkdaşlığın daha da dərinləşdirilməsinin böyük potensialını görürük. Düşünürük ki, bu intensiv tərəfdaşlıq hər iki dövlət üçün böyük fayda verəcək” – səhiyyə naziri qeyd edib.