Mixeil Sarcveladze - Bütün apteklərin müəyyən çeşiddə dərmanları ehtiyyatda saxlamaq öhdəliyi olacaq
Mixeil Sarcveladze - Bütün apteklərin müəyyən çeşiddə dərmanları ehtiyyatda saxlamaq öhdəliyi olacaq

 

Bütün apteklərin müəyyən çeşiddə dərmanları ehtiyyatda saxlamaq öhdəliyi olacaq. Kommersiya marağı hansı əczaçılıq məhsulu ilə ticarətin sərfəli və ya sərfəli olmadığına təsir etməməlidir – bu haqda Gürcüstanın səhiyyə naziri Ərzaq Məhsullarının Qiymətləri ilə bağlı fəaliyyət göstərən Hökumət Koordinasiya Komissiyasının iclası çərçivəsində əczaçılıq şirkətlərinin nümayəndələri ilə görüş haqqında deyib.

Mixeil Sarcveladzenin sözlərinə əsasən, aptek şəbəkələri müəyyən məsuliyyət daşımalı və dərman çatışmazlığı məsələsinin dövlət siyasətinin bir hissəsi olduğunu, onun tənzimlənməsinin isə zəruri olduğunu başa düşməlidirlər.

“Həyati əhəmiyyət kəsb edən əsas dərmanlar istənilən aptekin ehtiyyatında olmalıdır. Vətəndaşları bu cür risklərdən necə sığortalaya biləcəyimizə baxacağıq. Bu cür dövri çatışmazlığı praktik olaraq aradan qaldıracaq optimal vasitələr tətbiq etməliyik.

Təəssüf ki, idxalçı və ya aptek şəbəkəsinə təchizat baxımından müəyyən ləngimələrin yarandığı hallar da olur. Bunu sığortalamaq mexanizmləri bu gün də qanunvericiliyimizdə mövcuddur, lakin çatışmazlığın qarşısını almaq üçün sistemi necə təkmilləşdirmək barədə həmişə düşünmək olar” – Mixeil Sarcveladze bildirib.