Mixeil Sarjveladze BMT-nin Gürcüstandakı daimi əlaqələndiricisi Didye Taqiuk ilə görüşüb
İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarjveladze BMT-nin Gürcüstandakı daimi əlaqələndiricisi Didye Tağıyuk ilə görüşüb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tanışlıq görüşündə tərəflər birgə layihələri müzakirə ediblər
Gələcək əməkdaşlıq məsələləri barədə razılığa gəliblər.
“O qeyd edib ki, Gürcüstan BMT təşkilatları ilə səhiyyə, sosial və insan hüquqlarının müdafiəsi istiqamətində uğurla və səmərəli əməkdaşlıq edir. Səhiyyə naziri BMT-nin daimi əlaqələndiricisinə aparılan islahatlar və layihələr barədə məlumat verib. Söhbət zamanı universal səhiyyə proqramı, səhiyyə xidmətlərinə maliyyə və coğrafi əlçatanlığın təmin edilməsi, eləcə də sosial məsələlərə toxunulub.
Tərəflər tərəfdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər.
Görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstandakı nümayəndəsi Silviu Domente və BMT-nin Daimi Əlaqələndirici Aparatının donor əlaqələri üzrə koordinatoru Davit Muşkudiani iştirak ediblər. – Agentliyin məlumatında qeyd olunur.