Mixeil Sarcveladze - 87 000 pasiyent Hepatit C-dən sağalıb, bu təcrübə Hepatit B-nin idarəolunması proqramının uğurunun qarantı olacaq
Mixeil Sarcveladze - 87 000 pasiyent Hepatit C-dən sağalıb, bu təcrübə Hepatit B-nin idarəolunması proqramının uğurunun qarantı olacaq

 

Bu günə olan vəziyyətə görə, 87 000 pasiyent Hepatit C-dən sağalıb. Bu, 87 000 insanın həyatının xilas olması deməkdir. Bununla yanaşı, xəstəlik artıq yayılmır və bu, xüsusi uğurdur – bu haqda səhiyyə naziri Mixeil Sarcveladze deyib.

Onun sözlərinə əsasən, Hepatit C proqramının uğuru ona cəlb olunan klinikaların, o cümlədən Tenqiz Tsertsvadze adına Yoluxucu Xəstəliklər Xəstəxanasının və ümumiyyətlə, səhiyyə sisteminin səmərəli fəaliyyətinin nəticəsidir.

Səhiyyə nazirinin qeyd etdiyi kimi, bu təcrübə Hepatit B-nin idarəolunması proqramının uğurunun qarantı olacaq.

“Hepatit B-si olan hamı dərhal müvafiq klinikalara müraciət etməlidir. Təəssüf ki, bu xəstəlik tam müalicə olunmur. Lakin, elə bir remissiyaya keçir ki, insan həyatı üçün riski neytrallaşdırır. Proqrama qoşulduqdan dərhal sonra hər bir pasiyent heç bir maneə olmadan, dövlət tərəfindən tam maliyyələşdirilən tamamilə təhlükəsiz müalicə görəcək” – Mixeil Sarcveladze bildirib.

Səhiyyə nazirinin qeyd etdiyi kimi, Hepatit B-nin idarəolunması üzrə dövlət proqramı daim təkmilləşdirilir və inkişaf edir, bürokratik prosedurlar sadələşdirilir, bu da benefisiarlara maksimal şəkildə effektiv və keyfiyyətli müalicə imkanı verir.