Mixeil Saakaşviliyə Valeri Gelaşvilinin döyülməsi işi ilə bağlı altı il həbs qərarı verildi
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə, sabiq deputat Valeri Gelaşvilinin döyülməsi işi ilə bağlı altı il həbs cəzası verildi.
Qeyd olunan qərarı hakim Şorena Quntsadze verdi.
Mixeil Saakaşvili vəzifəsindən suistifadə və insan sağlamlığına qəsdlə zərər verməklə ittiham olunur.
Xatırladaq ki, parlamentin sabiq deputatı Valeri Gelaşviliyə 2005-ci ilə silahlı şəxslər hücum edərək, ölümcül hala salmışdılar.
Saakaşvili ilə bərabər həmin məsələ ilə bağlı sabiq Daxili İşlər Naziri İvane Merabişvili, Xüsusi Operativ Departamentin sabiq rəhbəri Erekle Kodua və həmin departamentin sabiq əməkdaşı Gia Siradze də ittiham olunurlar.
İvane Merabişviliyə Şəhər Məhkəməsi 6 il və 9 ay həbs cəzası verdi.
Bu Gürcüstanın sabiq prezidentinə qarşı çıxardılan ikinci həbs qərarıdır.
Sandro Girqvlianinin işi ilə bağlı da ona üç il həbs cəzası verilib.